EN

İsrail sabah 600-dən çox fələstinlini azadlığa buraxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevralın 22-də azı 602 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının məhbuslarla iş üzrə ofisinin "Telegram" kanalı məlumat paylaşıb.
Bildirilir ki, onlardan 50 nəfəri ömürlük həbsə məhkum edilmiş dustaqdır:
"60 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilən, 47 nəfər isə təkrar həbs ediləndir. 445 fələstinli isə 2023-cü il oktyabrın 7-dən sonra saxlanılanlardır".
Fələstinlilər Qəzza zolağında atəşkəs haqqında saziş çərçivəsində azadlığa buraxılacaq.
Chosen
139
28
oxu.az

10Sources