EN

Məşhur klubun yay transfer hədəflərindən biri - Onun adı bilindi

“Rayo Valyekano”nun sağ cinah müdafiəçisi Andrey Ratu “Barselona”nın yay transfer hədəflərindən biridir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunda rumıniyalı futbolçu çox yüksək qiymətləndirilir.

26 yaşlı müdafiəçi bu mövsüm İspaniya La Liqasında 26 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Onun “Rayo Valyekano” ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Chosen
65
7
sportinfo.az

10Sources