EN

“Sülh müqaviləsinə Qərbi Azərbaycanla bağlı bənd salınmalıdır" - Deputat

“Ermənistan Qarabağa nə qədər sayda erməninin qayıtmasını gündəmə gətirərsə, ən azı o sayda azərbaycanlıların ora qayıtması məsələsi qaldırılmalıdır. Bu məsələyə bir qədər fərqli yanaşmaq da olar. Yəni, Qarabağa gələn ermənilərin sayından asılı olmayaraq, Qərbi Azərbaycandan deportasiya edilən hər bir kəsin oraya qayıdıb ata-baba yurdlarında yaşamaq haqqı tanınmalıdır. Başqa cür qərarın qəbululu Qərbi Azərbaycanlılara qarşı ədalətsizlikdir”.

Bunu millət vəkili Musa Quliyev Bakupost.az-a deyib.

O qeyd edib ki, əgər Ermənistan buna hazır deyilsə, o zaman Qərbi Azərbaycanlılar Qarabağ ərazisində və digər yerlərdə məskunlaşmaq haqqını özündə saxlamış olur. Amma istənilən halda sülh müqaviləsindən sonra oraya gediş-gəliş, qəbirstanlıqların və digər müqədəs yerlərin ziyarəti üçün Ermənistan hökuməti lazımı şərait yaratmalı və təhlükəsizlik təminatı verməlidir:

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində hər iki məsələ paralel şəkildə öz əksini tapa bilər. Sülh müqaviləsində Qarabağa ermənilərin qayıdışı, Azərbaycan vətəndaşı kimi yaşaması müddəası qoyulacaqsa, paritet əsasda Qərbi Azərbaycandan 1988-1989-cu illərdə qovulan azərbaycanlıların da ata-baba yurdlarına qayıdıb orada yaşamaq hüququ və təminatı öz əksini tapmalıdır”.

Sevinc
BakuPost
Chosen
308
2
bakupost.az

3Sources