Xankəndi, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib.
Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.
![](https://azertag.az/files/galleryphoto/2023/3/1200x630/1697372621767150878_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2023/3/1200x630/1697372621445121775_1200x630.jpg)