Mauritsio Poçettino sakitliyini qorumaq istəyir. O, “Mançester Yunayted” üzərində dünənki qələbəni (4:3) bayram etməyin əleyhinədir.
Futbolinfo.az xəbər verir ki, dünən oyuna əlavə olunmuş dəqiqələrdə iki qol vuraraq məğlubiyyəti qələbəyə çevirən “Çelsi”nin baş məşqçisi deyib: “Qələbəni qeyd etmək? Mən kloun deyiləm. Klounun başqa yerdə axtarın. Belə şeylər sevmirəm, çünki məşqçiyəm, ciddi olmalıyam”.
Argentinalı mütəxəssis qolu çılğınlıqla qeyd etməsinə aydınlıq gətirib: “O bir tutqu idi, həmin zamanın reaksiyası idi. Amma bir qələbəni uzun müddət qeyd etmək niyyətində deyiləm. Sakit qalmalıyam və vəziyyəti analiz etməliyəm. Çünki Avropanın ən gənc komandalarından birinə rəhbərlik edirəm”.