“Türkiyə ilə münasibətlərdə bizim gözləntilərimiz var”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziro Nikol Paşinyan parlamentdə deyib.
“Biz əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması region üçün epoxal hadisə olacaq.
“Mən indi Ermənistan-Türkiyə münasibətlərindən danışıram, erməni-türk münasibətlərindən deyil. Bu iki formulun ümumi xüsusiyyətləri var, lakin onlar eyni deyil”, - baş nazir bildirib.