EN

“Formatda təmsil olunan dövlətlər arasında müəyyən ziddiyyətlər mövcuddur”- Hansı real nəticələr gözlənilir?-ŞƏRH

“Bu gün dünya nizamı özünün ən ağır dövrünü yaşayır. BMT-nin adı olsa da bu beynəlxalq təşkilatın dünyada baş verən proseslərə təsiri demək olar ki, yox dərəcəsindədir. O cümlədən, BMT artıq Qərbin sifarişlərinin icrasına çevrilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, dünyada höküm sürən durğunluq siyasi və iqtisadi prosesləri tənzimləyə biləcək yeni regional platformaların yaradılmasını labüd edir:

” Cənubi Qafqaz regionunda belə bir platforma Azərbaycanın təklifi ilə ərsəyə gəlmiş “3+3″ formatıdır. Bu formatda artıq görüşlər keçirilməyə başlamışdır. Düzdür, formatda təmsil olunan dövlətlər arasında da ziddiyyətlər mövcuddur. Məsələn, Rusiya ilə aralarında Abxaziya və Osetiya problemi yaşandığına görə Gürcüstan” 3+3″ formatın iştirakçısı olduğunu bildirsə də hələ ki, iştirakı baş tutmayıb. Digər bir məsələ isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadığından ölkələrarası əməkdaşlığa başlanması hələ ki, real görünmür. İran regional problemlərin regionda həll olunmalı olduğunu bildirir. İran regiona prosesləri nizamlamaq adı altında Qərbin gəlməsinə qarşıdır. O cümlədən, Azərbaycan da İranın bu mövqeyini dəstəkləyir və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün regionda görüşüb danışıqlara davam etdirilməsini təklif edir. Amma Ermənistan Fransanın marioneti olduğundan müstəqil qərar qəbul etmək qabiliyyətində deyil və regionda regionun problemlərini həll etməkdən qorxur. Beləliklə “3+3” formatın verəcəyi nəticələr hələ ki, real görünməsə də, bu, region ölkələri arasında müzakirələrin aparılması üçün ən yaxşı formatdır. Bu baxımdan “3+3″ formatının regional məsələləri həll edə biləcək ən perspektivli platforma olduğunu hesab edirəm”.

//Gülnarə Abasova, Editor.az

Chosen
584
50
editor.az

10Sources