Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və texnoloji elmlər kafedrasının professoru, iqtisad elmləri doktoru Əlican Babayevin məqaləsi Rusiya Azad İqtisadçılar Cəmiyyətinin elmi əsərlərinin nəşrində çap olunub.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, “İqtisadi nəzəriyyə və XXI əsrin çağırışları: yeni tədqiqat obyektləri və praktiki tövsiyələr”(Ekonomiçeskaya teoriya i vızovı XXI veka: novıye obyektı issledovaniya i praktiçeskiye rekomendasii) adlı məqalədə müasir iqtisadi nəzəriyyənin əsas struktur hissələri sosial-iqtisadi nəzəriyyə (siyasi iqtisad), məhdud resurslardan rasional istifadə edilməsi nəzəriyyəsi (ekonomiks-mikro və makroiqtisadiyyat) və institusional iqtisadi nəzəriyyənin olması kimi əsaslandırılıb.
Məqalədə vurğulanır ki, bu gün iqtisadi nəzəriyyə qarşısında duran məsələlər həm XXI əsrin yeni, daim dəyişən şəraitində dünya iqtisadiyyatında və konkret milli iqtisadiyyatlarda cərəyan edən hadisələrin mahiyyətinin aydınlaşdırılmasını, həm də qlobal proseslərdə milli dövlətlərin iştirakının səmərəsinin və bu dövlətlərin özlərinin sosial-iqtisadi inkişafına onların təsirinin artırılmasına dair praktik tövsiyələrin işlənib hazırlanmasını əhatə edir.
Müəllifin fikrincə, məhz XXI əsrin artıq dəyişmiş və dəyişməkdə davam edən reallıqları, rəqəmsallaşma proseslərinin daha da dərinləşməsi, bu proseslərin təsərrüfat həyatına və cəmiyyətin həyatına geniş nüfuz etməsi ilə əlaqədar, bir elm kimi iqtisadi nəzəriyyənin predmeti obyektiv olaraq mürəkkəbləşir və onun yeni tədqiqat obyektləri meydana çıxır.
Məqalə ilə tanış olmaq istəyənlər https://veorus.ru/труды-вэо/ keçidindən istifadə edə bilərlər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта