“Qafqazinfo” xəbər verir ki, bu haqda klinikanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, TƏBİB –in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatına əsasən Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Ətraflı
Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetimdə təhsil alıb. 2007-2008 – ci ildə Onkoloji Klinikada internatura keçən Gülnar Nuriyeva daha sonra 2012-2016 –cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib.
Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin Iğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.
2018-2021-ci illərdə “Fellowship” təqaüd programı ilə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil aldığı müddətdə həmin şöbədə fəaliyyət göstərib.
10Источники
-
medicina.azBu klinikaya direktor müavini təyin olundu ( 1141876)
-
demokrat.azYeni Klinikaya direktor müavini təyin olundu ( 1141078)
-
oxu.azAzərbaycanda məşhur klinikada YENİ TƏYİNAT ( 1140889)
-
musavat.comAzərbaycanda məşhur klinikada YENİ TƏYİNAT ( 1140748)
-
sitat.infoBu xanım Yeni Klinikaya direktor müavini təyin edildi ( 1139563)
-
sonxeber.azAzərbaycanda məşhur klinikada YENİ TƏYİNAT ( 1139503)
-
sabah.azYeni Klinikaya direktor müavini təyin olundu ( 1139398)
-
manset.azNuridə Allahyarova yüksək vəzifəyə təyin olundu ( 1139251)
-
yenisabah.azGülnar Nuriyeva “Yeni Klinika”da yüksək vəzifəyə təyin olundu ( 1139101)
-
ucnoqta.azAzərbaycanda məşhur klinikada YENİ TƏYİNAT ( 1138903)