![](https://sportnet.az/uploads/posts/2024-11/medium/1731839632_ancelotti.jpg)
“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək planları ilə bağlı qərar verib.
Sportnet.az “Todofichajes”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi “kral klubu”nun baş məşqçisi kimi qalmaq istəyir.
Tərəflər arasındakı sözləşmə 2026-cı ilin yayında başa çatacaq.
Ançelotti “Real”da qalsa, Leverkuzen “Bayer”indən Xabi Alonsonun təyinatı bir müddət gözləməli olacaq. Halbuki ispan mütəxəssisin gələn yay “Real”a rəhbərlik edəcəyi gözlənilirdi.