RU

ABŞ-ın xam neft ehtiyatları azaldı

ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə təxminən 1 milyon 400 min barrel azalıb.

KONKRET.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 400 min barrel azalaraq 422 milyon barrelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi ehtiyatların təxminən 1 milyon barrel azalacağı idi.

Ticari xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təqribən 700 min barel artaraq 392 milyon 500 min barel səviyyəsinə çatıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 5 milyon 100 min barel artaraq 219 milyon 700 min barrelə çatıb.

Neft hasilatı artıb

ABŞ-ın gündəlik xam neft hasilatı 30 noyabr-6 dekabr həftəsində 113 min barrel artaraq 14 milyon 72 min barrelə çatıb.

Digər tərəfdən ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftəyə görə gündəlik orta hesabla 1 milyon 306 min barrel azalaraq 5 milyon 984 min barrel, xam neft ixracı isə orta hesabla 3 milyon 99 min barrel olub.

EIA-nın 2024-cü ilin dekabr ayı Qısamüddətli Enerji Görünüşü Hesabatına görə, ABŞ-ın gündəlik orta xam neft hasilatının bu il 13 milyon 240 min barrel, gələn il isə 13 milyon 520 min barrel olacağı gözlənilir.

Günel Mikayılova,

KONKRET.az

Избранный
3
1
konkret.az

2Источники