Tovuz rayonunun Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbindəki zəhərlənmədə zərərçəkənlərin bəzilərinin vəziyyəti pisləşib.
Hadisə nəticəsində üç övladı zəhərlənən ata Cavid Hacıyev Baku TV-yə açıqlama verib.
Onun sözlərinə görə, digər iki övladının vəziyyətində pisləşmə olmayıb, lakin ortancıl qızına sistem köçürüldükdən sonra kəskin sancılar başlayıb:
"Sifəti ağardı, əlləri buza döndü. Dərhal təcili tibbi yardıma müraciət etdik, gəlib ağrıkəsici iynə vurdular, daha sonra xəstəxanaya gətirdik".
13:08
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub:
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub, davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".
Xatırladaq ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində sobanın tıxanması səbəbindən tüstülənmə nəticəsində 71 nəfər zəhərlənib.(oxu.az)