RU

Polşa Benyamin Netanyahunu həbs edə bilər

Polşanın xarici işlər nazirinin müavini Vladislav Bartoşevski bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Polşaya səfəri baş tutarsa, ölkə Beynəlxalq Cinayət Məhkəməsi qarşısındakı öhdəliklərinə əsasən onu həbs edə bilər.

"Operativ Media"nın məlumatına görə, bu barədə “Jerusalem Post” xəbər yayıb.

Bu səbəbdən İsrail tərəfini yanvarın 27-də Osvensim həbs düşərgəsinin azad edilməsinin 80 illiyi münasibətilə keçiriləcək tədbirdə yalnız təhsil naziri Yoav Kiş rəsmi olaraq təmsil edəcək.

Избранный
93
1
operativmedia.az

10Источники