RU

Vasif Qafarov seçicilərlə görüşdü

 Milli Məclisin deputatı Vasif Qafarov seçicilərlə görüşüb.
XALQ.AZ məlumat verir ki, millət vəkili Lerik rayonunun Cəngəmiran kəndində vətəndaşlarla görüş keçirilib.
22 dekabr 2024-cü il tarixində Lerik rayonunun Cəngəmiran kəndində vətəndaşlarla görüş keçirilib. Sakinlər kəndin elektrik təsərrüfatının yenilənməsi, kəndin su təchizatı və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Görüşdə kənd icmasının gücləndirilməsi, ərazinin turizm potensialından səmərəli istifadə və kəndin nümunəvi kənd kimi inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
*****
 Millət vəkili Lerik rayonunun Cəngəmiran kəndində tikilməkdə olan tam orta məktəb binasında görülən işlərlə maraqlanıb
*****
 Millət vəkili  Vasif Qafarovun Lerik rayonunun Çayrud kəndində vətəndaşların səyyar qəbulu keçirilib.
21 dekabr 2024-cü il tarixində Lerik rayonunun Çayrud kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Qəbulda Çayrud kənd inzibati ərazi dairəsinə daxil olan Çayrud, Andurma, Rvarud, Anzolu, Piyəkücə, Təngəbin kəndlərinin sakinləri iştirak ediblər. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolların təmiri, ərazidə mövcud turizm potensialının inkişafı qarşısında duran problemlər, kənd təsərrüfatı məhsullarının qəbulu məntəqələrinin yaradılması, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.
 
****
 Həmçinin millət vəkili Vasif Qafarov Astara rayonunun Kakalos kəndində vətəndaşların səyyar qəbulu keçirilib.
21 dekabr 2024-cü il tarixində Astara rayonunun Kakalos kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Qəbulda Kakalos kənd inzibati ərazi dairəsinə daxil olan Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba kəndlərinin sakinləri iştirak ediblər. Müraciətlər əsasən səhiyyə sahəsində kadr çatışmazlığı, infrastruktur, məktəblərin istiliklə təmin olunması, balıqçılıq təsərrüfatının inkişafı qarşısında duran problemlər, kəndlərarası avtomobil yollarının əsaslı təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər sosial problemlərlə bağlı olub. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.
Избранный
41
2
xalq.az

3Источники