RU

Almaniya: CDU lideri Fridrix Merts AfD-ni dəstəkləyən İlon Maskı sərt tənqid edib

Almaniyada Xristian Demokrat İttifaqının (CDU) və Xristian Sosial İttifaqının (CSU) Kansler vəzifəsinə namizədi Fridrix Merts milyarder İlon Maskın ifrat sağ Almaniya üçün Alternativ Partiyasını (AfD) dəstəkləməsini sərt tənqid edib.

AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, Maskın “Welt am Sonntag” qəzetində yayımlanan məqaləsindəki fikirlərini sərt tənqid edən F.Merts bildirib: “Mən Qərb demokratiyalarında dost bir ölkənin seçki kampaniyasına daha əvvəl belə bir müdaxilə edildiyini xatırlamıram”.

O, İlon Maksın sahibi olduğu “Tesla”nın Almaniyanın Brandenburq əyalətində inşa edilən və hazırda da fəaliyyət göstərən zavoduna ən böyük etirazın məhz həmin vaxt AfD tərəfindən edildiyini xatırladıb.

AfD-nin Almaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarı olduğunu qeyd edən CDU lideri bunun ölkə iqtisadiyyatına böyük zərər verəcəyini vurğulayıb.

Qeyd edək ki, İlon Mask məqaləsində Almaniyanın iqtisadi və mədəni tənəzzülün bir addımlığında olduğunu iddia edərək AfD-ni “ölkənin son ümid qığılcımı” adlandırıb. O, bir neçə gün əvvəl də X şəbəkəsindəki rəsmi hesabında AfD-nin “Almaniya üçün son ümid” olduğunu bildirmişdi.

Избранный
72
10
yeniazerbaycan.com

10Источники