Qızı Həcər mərhum Xalq artisti Aftandil İsrafilovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, qızı qarmon ifaçısı ilə fotosunu yayımlayaraq bunları yazıb:
"Gözlərim hər yerdə səni axtarır. Ata, əbədi qəlbimdəsən. 29.04.2023-29.12.2024".
Qeyd edək ki, Aftandil İsrafilov ötən il aprelində 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub.