TehsilForumu.Az xəbər verir ki, möhtəşəm forumda çıxış edən spikerlər "Təhsilverənlərin etik davranışı: hüquqi və mənəvi əsaslar", "Uşaq inkişafında və Məktəbəqədər tədrisdə Montessori təlim modelinin effektivliyi", "Müəllimin inandırma bacarığı", "Məktəbdə sağlam psixoloji mühitin formalaşması" kimi mövzularla bağlı ətraflı məlumat veriblər.
Tədbirə həmçinin, təhsil sahəsində ən tanınmış rəsmi şəxslər, media nümayəndələri və musiqiçilər də qatılıb.
Qeyd edək ki, ənənəyə uyğun olaraq bu dəfə də forum iştirakçılarına sertifikat və xüsusi hədiyyələr təqdim olunub.
TehsilForumu.Az
https://youtu.be/5V2rPAxwOek?si=i8Lf8rTmo8Q4NArU