RU

1,2 milyon manatlıq qalmaqal: təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb

Dövlətə məxsus külli miqdarda pulu mənimsəməkdə və külli miqdarda vəsaiti leqallaşdırmaqda ittiham olunan Rasim Əliyev, Rəşad Bağırov, Rəşad Tağıyev, Müşviq Lətifov, Cavid İsmayılzadə, Yunin Aleksey Sergeyeviç, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, cinayət işi üzrə "Az Smart” Məhdud Məsuliyyətli Cəmiyyət və Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
İttihama görə, mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV (Əlavə dəyər vergisi) köçürmə əməliyyatlarının aparılması barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaq aparılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs qətimkan tədbiri, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Избранный
45
50
mia.az

10Источники