RU

“Tarixdə bu gün” - İlk kompüter yaradılıb

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

7 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

7 yanvar 1910-cu ildə fransız pilot Ubert Latham aviasiya tarixində ilk dəfə olaraq 1000 metrdən yüksəyə qalxıb.

 

7 yanvar 1946-cı ildə ilk uğurlu yüksək sürətli elektron hesablama maşını (kompüter) “Eniac” ABŞ-da istifadəyə verilib:

 

“Eniac” elektron-digital kompüterə gedən yolda atılmış nəhəng addımlardan biri kimi 1955-ci ilə qədər istifadə olunub.

 

7 yanvar 1907-ci ildə Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor Mirəli Qaşqay anadan olub:

 

O, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar elm və texnika xadimi və Azərbaycan SSR EA akademik katibi vəzifələrində çalışıb.

 

7 yanvar 1950-ci ildə Azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Vahid Novruzov anadan olub:

 

O, 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir.

Избранный
35
azedu.az

1Источники