Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.
"APA-Economics"in AMB-dən əldə etdiyi məlumata görə, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub. Bununla bağlı qərar yanvarın 6-da imzalanıb.
Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində, Fuad İsayev AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.
![Azərbaycan](https://apa.az/storage/news/2025/january/07/small/677cbae5307d0677cbae5307d11736227557677cbae5307ce677cbae5307cf.jpg)
![Azərbaycan](https://apa.az/storage/news/2025/january/07/small/677cbae5411ac677cbae5411ad1736227557677cbae5411a9677cbae5411ab.jpg)