Türkiyənin İzmir şəhərində 11 yaşlı uşaq TikTok-da gördüyü odekolon yandırma trendini sınamaq istəyib.
Medianews.az “NTV”yə istinadən xəbər verir ki, üzərinə odekolon töküb özünü yandıran oğlan dünyasını dəyişib.
Hadisə ilə bağlı Ailə və Sosial Xidmətlər Nazirliyindən açıqlama verilib. Nazirlik sosial medianın tənzimlənməsinin vacibliyinə diqqət çəkib.