RU

Braziliya tərəfi AZAL təyyarəsinin qara qutusundan əldə edilmiş məlumatları Qazaxıstana verib

Hurriyyet.az xəbər verir ki, Braziliya AZAL (Azerbaijan Airlines) şirkətinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhərinin yaxınlığında  qəzaya uğramış təyyarəsinin qara qutusundan əldə elədiyi bütün məlumatları Qazaxıstan müstəntiqlərinə verib.

Braziliyanın Hərbi Hava Qüvvələrinin Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinin mütəxəssisləri "Embraer 190" (4K-AZ65) təyyarəsinin qara qutusundakı avtomatik yazılarda saxlanılmış məlumatların toplanması və yoxlanılması işini başa çatdırıblar.

Agentlik bildirib ki, əldə edilmiş bütün məlumatlar Qazaxıstanın İstintaq İdarəsinə təqdim edilib. Laboratoriyada əldə edilən məlumatın təfərrüatı bəyan edilməyib. Braziliyadan verilən məlumata görə, Azərbaycana məxsus təyyarə bu ölkədə qəzaya uğradığı üçün, qəzanın analizinə və təhqiqata görə, həmçinin, faktların açıqlanmasına görə məsuliyyət Qazaxıstanın üzərinə düşür. 

Hürr Tərcüman

Избранный
22
49
hurriyyet.az

10Источники