RU

Azərbaycanda zəlzələ oldu

08:08 07.01.2025
08:08 07.01.2025

Azərbaycan-İran sərhədində ardıcıl zəlzələlər qeydə alınıb.

Mynews.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, Azərbaycan-İran sərhədində, İran ərazisində iki zəlzələ baş verib.

Sonuncu zəlzələ yanvarın 7-də saat 03:53-də qeydə alınıb. Yardımlı seysmoloji stansiyasından 16 km şimalda baş verən zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 kilometr olub. Təbii fəlakət Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.

Bundan öncə, yanvarın 6-da saat 23:22-də eyni ərazidə 3,6 maqnitudalı başqa bir zəlzələ qeydə alınmışdı.

Hadisələr ərazidə zəlzələ aktivliyinin artmasına işarə edir.


Избранный
71
mynews.az

1Источники