Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev YAP-ın seçki proqramı haqqında məlumat verib. O, partiyanın xalqın dəstəyi ilə növbətə qələbəyə imza atmaq əzmində olduğunu bildirib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Natiq Hüseynov, Sənan Əhmədzadə, Bəhruz Qurbanov və Radim Məmmədov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən bəhs ediblər. Bildirilib ki, bələdiyyələrin qarşısında yeni vəzifələr dayanır. Onlar bu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi və yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər isə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.