Olaylar.az xəbər verir ki, bu barədə Dubinski Telegram kanalında məlumat verib.
Deputat xatırladıb ki, son vaxtlar Zelenski həm adi insanlar, həm də ictimaiyyətin tanınmış şəxsləri tərəfindən ciddi tənqid və təhqirlərlə üzləşib. Onun sözlərinə görə, hətta milyarder İlon Mask və ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Trampın oğlu belə, Zelenskini açıq şəkildə alçaldıblar.
Zelenski bu vəziyyəti düzəltməyə çalışaraq müsahibədə "öz adamı" obrazını yaratmağa və Qərb auditoriyasına yenidən xoş gəlməyə cəhd edib. Onun əsas məqsədi öz imicində yaranmış mənfi fikirləri aradan qaldırmaq olub.
Lakin Dubinskinin fikrincə, bu cəhd əks nəticə verib və Zelenskinin mövqeyi daha da pisləşib. "Əfv dilənən bir ton. Elə bil yalvarırdı: "Məni döyməyin, yaxşı oğlanam." Mənə şəxsən bu müsahibə çox xoşagəlməz təəssürat bağışladı," - deyə deputat qeyd edib.
Xatırladaq ki, Dubinski daha əvvəl Zelenskini ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə dəvət edilməməsi ilə bağlı məsxərəyə qoymuşdu.