2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil sisteminə keçid edəcək.
Viral.az xəbər verir ki, bununla bağlı Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq – ali və ixtisaslaşdırılmış ali təhsil.
Son Yazılar:
- Rusiyada bakalavr pilləsi ləğv edilir
- Çin dünya müharibələrinə təsir edə biləcək atom saatı YARATDI
- Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib
Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq.
Qeyd edək ki, yeni modelə keçid artıq mövcud proqramlar üzrə təhsilə başlamış tələbələrə təsir etməyəcək.
Xatırladaq ki, 2022-ci ildə Rusiya Boloniya sistemindən imtina edib.