Olaylar.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, münaqişənin üç ili ərzində Ukraynada Rusiya ilə sülh danışıqlarını dəstəkləyənlərə qarşı sərt mübarizə aparılıb. Belə şəxsləri "putinçi" adlandıraraq tənqid edirdilər. Lakin indi məlum olur ki, məhz onlar haqlı idi.
"Ukrayna üçün yeganə variant döyüşləri davam etdirmək idi. Bu nə ilə nəticələndi? Yüz minlərlə ukraynalı hərbçi öldü, ölkə ərazilərinin 20 faizini itirdi," - deyə Dizen vurğulayıb.
Professor həmçinin qeyd edib ki, indi sülh danışıqları əvvəlkindən xeyli fərqli olacaq. Ukrayna və NATO Rusiyaya qarşı münaqişədə məğlubiyyətlə üzləşir, bu da onların mövqelərini zəiflədir.