«Turan Tovuz» transfer bazarının ən fəallarındadır.
«Sumqayıt»dan Rəhim Sadıxovu, «Kəpəz»dən Orxan Əliyevi, Mahaçqala «Dinamo»sundan Anton Kraçkovskini sıralarına qatan qərb klubu daha bir yeni oyunçu ilə anlaşıb.
Əyalət təmsilçisi Kurban Berdiyevin tapşırığından kənara çıxmayaraq, sol cinah müdafiəçisi mövqeyinə legioner götürüb.
Həmin oyunçu Portuqaliyadan dəvət olunub. Hələlik adı gizli saxlanılan əcnəbi ilə ilyarımlıq müqavilə imzalanıb.
D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən matçında rəqib hücumçu Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.
Slovakiyalı forvardın zərbəsinə tuş gələn Denisin ayağı iki yerdən sınıb. Onun ayağına 14 «bolt» bərkidilib.
SPORTİNFO.AZ