RU

Bank “BTB” yüksək gəlirli “Əmanət kampaniyası”nı - TƏQDİM EDİR

Kampaniyanın şərtlərinə əsasən manat vəsaitlərinizi 12 aydan 36 ayadək Bank BTB-yə etibar edə bilərsiniz.

FED.az xəbər verir ki, faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcək. Vəsaiti 12-36 ayadək yerləşdirdikdə aylıq 11.5%, müddətin sonunda isə 12% gəlir qazandıracaq.

Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Kampaniyanın müddəti 07 yanvar 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinədək davam edəcək.

Müddətli əmanət

Müddət

Faizlərin ödənilməsi

Faiz

Valyuta

12-36 ay

Aylıq

11.5%

AZN

Müddətin sonunda

12%

AZN

 

  • Əmanət üzrə faizlərin ödənilməsi – Aylıq və ya Müddətin sonunda;
  • Əmanət məhsulunun növü – “Müddətli” əmanət;
  • Əmanətin açılması üçün minimal məbləğ - 100 AZN

Nəzərinizə çatdıraq ki, kampaniya 28  fevral 2025-ci il tarixinədək davam edəcək.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Избранный
31
2
fed.az

4Источники