''Əl-Şabab'' nəhayət, Fatih Terimin başçılığı altında ilk rəsmi oyununu keçirdi.
Məlum olduğu kimi ''İmperator'' dekabrın sonlarında bu klubla anlaşaraq Səudiyyə Ərəbistanında işləməyə razılıq vermişdi. ''Football-plus.az'' xəbər verir ki, yoxlama oyununda ''Damak''ı 4:1 hesabı ilə məğlub edən ''Əl-Şabab'' bu dəfə rəsmi matçda - ölkə kubokunun 1/4 finalında ''Əl-Fayha'' ilə qarşılaşdı.
Ünlü türkiyəli mütəxəssisin debütü uğurlu alındı. Belə ki, ''Əl-Şabab'' Daniel Podense və Abderrezak Hamedallahın qolları ilə 2:1 hesablı qələbə qazandı. Beləliklə, Ər-Riyad təmsilçisi bu turnirdə adını ən güclü 4 komanda sırasına yazdırmağa müvəffəq oldu. ''Əl-Şabab'' kubokun üçqat qalibidi. Komanda bu turnirdə son titulunu 2014-də qazanıb və o vaxtdan bu yana finala yüksələ bilməyib.
Maraq üçün bildirək ki, ''Əl-Şabab'' ötən mövsüm kubokda evdə Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr''ə 2:5 məğlub olmuş və mübarizəni 1/4 finalda dayandırmışdı.
Yeri gəlmişkən, ''Əl-Şabab''ın Terimin başçılığı altında keçirdiyi ilk ev oyununda tribunada ''Qalatasaray'' formalı futbolsevərlərin olması diqqətdən qaçmadı.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта