RU

Türkiyə -Azərbaycan qardaşlığı kimləri narahat edir? - Tural İrfan yazır

Səfəvi - Osmanlı tarixi hər bir halda Türkiyə və Azərbaycanın ortaq tarixinin tərkib hissəsidir. Vaxtilə mövcud olmuş bu iki imperiya dövrün tələblərinə və siyasi - ideoloji xarakterlərinə uyğun olaraq müxtəlif vaxtlara üz - üzə gəliblər, bəzən də təxribatçı daxili və xarici qüvvələrin məkrini, aravuranlığını anladıqda müqavilələr bağlayıb sülh içində olublar.
Hər iki imperiya arasında yüzdən çox həlledici döyüş və bir neçə müharibə olub. Amma bunların içində xüsusi olaraq Çaldıran döyüşünü (bu, müharibə yox döyüşdür) qabardıb köhnə yaraları qaşımaq indiki halda kimə sərf edir? Şübhəsiz ki, o dövrdə həmin döyüşə səbəb olmuş xarici məkrli dövlətlərin varisləri olan indikilərə və daxildəki xainlərə.
Ona görə bu xainlərə rəvac verib fitnəyə uymaq olmaz.
Məzhəbçilik, xurafat, mövhumat kimi təsir vasitələri ilə tarixin ziddiyətli, dövrümüz üçün xarakterik olmayan detalları, nüansları seçib üzə çıxarmaq, qabartmaq, təbliğ etmək düşmən işidir.
Tarixin o qədər ibrət alınası səhifələri var ki...
Ötən günlərdə Çaldıran döyüşünü Güneydən dilinə dolayan fars qulları Türkiyə ilə Azərbaycan xalqı arasında nifaq toxumu səpməyə niyyətləniblər. Həmin şəxslərdir ki, 44 günlük savaşda guya Azərbaycan tərəfdə naməlum "vəhhabi terr@rçular"ın döyüşdüyünü deyir, iftiralar, şayiələr yayırdılar. Necə ki, indi Suriyada Türkiyənin dəstəklədiyi qüvvələri "vəhhabi terr@çuları" adlandırırlar, PKK - nın dili ilə.
Amma nifaq sala bilməyəcəklər. Ətlə dırnaq arasına girənlər nəcis olub çıxar. Ancaq əsas odur ki, bu cür riyakar, fitnəkar və qeyri - diplomatik, primitiv üsullarla əslində özlərinin iç üzünü ifşa edərək, İslamdan, Əhli Beyt irsinin müqəddəs dəyərlərindən nə qədər uzaq olduqlarını ortaya qoymuş olurlar.
Belə bir söz var ki, adam daxilindəki həqiqi gizli niyyəti, düşüncəni hirslənəndə ortaya çıxarır. Suriya məğlubiyyəti, daxili və xarici siyasətdəki fəlakət elə hövsələdən çıxarıb ki, qəzəblənib özlərini ifşa edirlər.
Köhnə yaraları qaşımaqla, xalqlar, məzhəblər arasında fitnə körükləməklə, müsəlman ölkələrində savaş tərəfi kimi milyonlarla insanın qanına bais olmaqla hər il lənət dedikləri Yezidin yolunda olmuş olmurlarmı?
Özü özünü ifşa etmək bax budur. Dində də bax belə ixtilaf yaradırlar. Vaxtilə fars şüubiyyəçi müəlliflərin uydurduğu ixtilaflı rəvayətləri, saxta hədisləri daimi gündəmdə saxlayaraq, məscid minbərlərindən təkrarlayaraq İslam dünyası arasında məzhəb ixtilafının aradan getməsinə imkan vermirlər. Cildlərlə kitablar çap edilib müsəlman ölkələrinə yayılır, məzhəbçilik, tarixi ziddiyətlər təbliğ olunur və təfriqə yaradılır.
Artıq dövr, zaman bu kimi fitnələrə uymamağı tələb edir. Birliyimizi, vəhdətimizi, tolerantlığımızı qorumalıyıq. Qardaş və dost ölkələr ilə xalqlarımız arasında kimlərinsə nifaq toxumu səpməsinə imkan vermək olmaz. Tarixin birliyə, qardaşlığa, köklərimizdən gələn milli, mədəni, mənəvi dəyərlərə xidmət edən nüanslarından bəhrələnməliyik. Qara və qaranlıq səhifələrindən də ibrət almalıyıq ki, bir də təkrarlanmasın, xainlər araya girib nifaq salmasın.
Uca Yaradan birliyimizi, vəhdətimizi, Azərbaycan - Türkiyə qardaşlığını qorusun!
Tural İrfan, MCP-nin sədr müavini
Избранный
38
news365.az

1Источники