\"Panama kanalı bizim üçün geri dönməzdir\".
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri Panama Xarici İşlər Naziri Xavyer Martinez-Aça Donald Trampın lazım gələrsə, Panama kanalına nəzarət etmək üçün hərbçilərdən istifadə edə biləcəyi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
Aça Panama kanalının ölkəsinin tam suverenlik uğrunda mübarizəsinin bir parçası olduğunu deyib:
\"Kanalımızın suverenliyi müzakirə olunmazdır. Kanala nəzarət edən yeganə güc Panamadır və bundan sonra da belə olacaq\".
Cəmalə