RU

Didye Deşam Fransa yığmasından ayrılacağını açıqladı

Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam 2026-cı ildə “xoruzlar”dan ayrılmaq qərarına gəldiyini bildirib.

Arena.az “RMC Sport” dərgisinin LCI dərgisinə istinadı əsasında, fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən bəyanat vermək üçün burada deyiləm, amma bu, 2026-cı il olacaq (gülür). 2012-ci ildən buradayam, 2026-cı ilə, növbəti dünya çempionatına qədər də planlarım var. Hər şey orada dayanacaq, çünki bu, nə vaxtsa dayanmalıdır. Bu, mənim başımda çox aydın mənzərədir. Eyni istəklə, eyni həvəslə Fransa yığmasını ən yüksək səviyyədə dəstəkləmək üçün öz vaxtımı xidmət etdim. Amma 2026-cı il çox yaxşı vaxtdır.

Sonrası? Hər şey bu qədər gözəl olanda heç vaxt dayanmasını istəmirsən. Sonra isə “dur” deməyi bacarmalısan. Sonra həyat davam edəcək. Bilmirəm necə olacaq, amma bu da çox yaxşı olacaq. 14 il keçəcək, bu da uzun müddətdir. Mən rekordlar üçün, xüsusən də tələblərə görə burada deyiləm. Ən əsası odur ki, Fransa yığması uzun illər olduğu zirvədə də qalır”, deyə Deşam vurğulayıb.

Didye Deşam Fransa yığmasının sükanı arxasına 2012-ci ilin iyulunda keçib. Fransız mütəxəssisin “xoruzlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyul ayının sonuna qədər nəzərdə tutulub.

56 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa yığması 166 oyuna çıxıb, 106 qələbə, 31 heç-heçə, 29 məğlubiyyət yaşayıb. Deşamın “xoruzalar”ı 347 qol vurublar, 152 qol buraxıblar.

Fransa yığması Deşamla 2018-ci ildə Rusiyada keçirilmiş Dünya Kubokunun qalibi olub, həmçinin 2021-ci il UEFA Millətlər Liqasını qazanıb.

Bu arada, “Le Parisien” dərgisinin məlumatına görə, Deşamın yerinə əsas namizəd “Real”ın keçmiş baş məşqçisi, fransalı mütəxəssis Zinəddin Zidandır.

Избранный
33
arena.az

1Источники