RU

BTQ-nin fəaliyyəti Fransa-Azərbaycan ikitərəfli münasibətləri ilə eyniləşdirilməməlidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident İlham Əliyevin kolonializmlə mübarizəni beynəlxalq platformalarda qaldırdığı üçün dünya ictimaiyyətinin diqqəti bu problemə yönəlib".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - VIGINUM tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab olaraq keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ki, Fransanın Azərbaycana qarşı əsassız və qərəzli iddiaları Prezident İlham Əliyevin və BTQ-nin Fransanın neokolonializm siyasətini ifşa etdiyinə görədir:
"Biz bu əsassız iddiaları rədd edir və bildiririk ki, BTQ-nin fəaliyyəti Fransa-Azərbaycan ikitərəfli münasibətləri ilə eyniləşdirilməməlidir".
Mərahim Nəsib
Избранный
69
oxu.az

1Источники