RU

Naxçıvan GES-də ötən il nə qədər elektrik enerjisi istehsal edilib? (ÖZƏL)

Bakı. Trend:

Naxçıvan günəş elektrik stansiyasında ötən il 32.793 minkVt-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, stansiyada il ərzində 33 milyon kVt-saat elektrikenerjisi istehsal edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Babək rayonu ərazisində 20 meqavatt güclü Naxçıvangünəş elektrik sttansiyasının tikintisi haqqında Naxçıvan MuxtarRespublikasının Dövlət Energetika Xidməti ilə Belçika Krallığının“Soltech” şirkəti arasında 7 fevral 2015-ci il tarixdə bağlanmışmüqaviləyə əsasən tikinti-quraşdırma işləri həyata keçirilib.2015-ci iln 30 noyabında istismara verilən 20 MVt gücündə günəşelektrik stansiyasının layihə gücü 2017-ci ilin sentyabr ayının8-də daha 2 MVt artırılaraq, 22 MVt-a çatdırılıb.

Muxtar Respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlimşəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpa olunanalternativ enerji mənbələrindən geniş istifadə edilsin. Muxtarrespublika ərazisində günəşli saatların orta illik miqdarının2600-2800 saat təşkil etməsi günəş elektrik stansiyasınınNaxçıvanın enerji təhlükəsizliyinə mühüm bir töhfə olacağınazəmanət verib. Naxçıvanda hər kvadratmetrə düşən günəş enerjisininintensivliyi 0,8-1,2 kVt-saata bərabərdir.

Избранный
36
1
az.trend.az

2Источники