RU

Axtarışda olan hindistanlı Monakoya təhvil verildi

Monako Knyazlığının hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Demokrat.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunan şəxs 2024-cü ilin iyununda ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
26
44
demokrat.az

10Источники