Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə Redaktor.az AZAL-a istinadən xəbər verir.
“Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – məlumatda deyilir.
Son Yazılar:
- AZAL bu istiqamətdə bütün uçuşları DAYANDIRDI
- Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə EDİLDİ
- Liqa 1 təmsilçisi Fransa millisinin qapıçısını heyətinə QATDI
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Bir cavab yazın