RU

Ararat Mirzoyan yenə də sərsəmlədi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanla sərhədin Ermənistan tərəfində yerləşən Aİ missiyası hələ də lazımdır.

Onun sözlərinə görə, sərhədin delimitasiyası və Azərbaycana qarşı atəşkəsi pozmaqla bağlı “ittihamlar” tamamlanana qədər avropalı müşahidəçilər İrəvan üçün vacibdir.

Editor.az xəbər verir ki, Ararat Mirzoyan bu fikirləri mətbuata açıqlamasında deyib: “Biz əminik ki, Ermənistanla Azərbaycan arasında bölünməz sərhəd var olduqca və silahlı qüvvələrimizə qarşı atəşkəs rejimini pozmaqda ittihamlar davam etdikcə, Aİ missiyası bizim üçün vacib və zəruridir”, – bildirib.
Qeyd edək ki, Ermənistan və Avropa İttifaqı arasındakı razılaşmaya əsasən, Aİ-nin missiyası sərhəddə “müntəzəm patrul xidməti və vəziyyət haqqında hesabat vermək, sərhəd bölgələrində sabitliyi təşviq etmək” üçün yerləşdirilib. Ermənistan-Azərbaycan sərhədində kənar qüvvələrin yerləşdirilməməsi öhdəliyi ölkələrin sülh müqaviləsindəki iki mübahisəli məqamdan biridir.

//Samir Qurbanov, Editor.az

Избранный
29
editor.az

1Источники