RU

Panama kanalının rəhbəri: Trampın tələbləri yerinə yetiriləcəyi təqdirdə nəqliyyatda xaos yaranacaq

ABŞ-ın seçilmiş rəhbəri Donald Trampın Panama kanalının Amerikanın nəzarətinə qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsi yük daşımalarında xaosa səbəb olacaq...

Poliqon xəbər verir ki, kanalın idarə olunması üzrə Panama hökumət agentliyinin rəhbəri Ricaurte Vazquez Morales bu barədə Wall Street Jornal qəzetinə bildirib.

O qeyd edib ki, kanaldan istifadə qaydaları hamı üçün eynidir və buna görə də burada heç bir istisna və ya ayrı-seçkilik ola bilməz. Kanal administrasiyasının rəhbəri obyektin ABŞ-ın nəzarətinə verilməsinin neytrallıq müqaviləsini, beynəlxalq hüququ pozacağını və xaosa səbəb olacağını vurğulayıb.

Vazquez Morales Trampın kanalın Çin tərəfindən idarə olunduğu iddiasını əsassız adlandırıb. O, həmçinin ABŞ-ın seçilmiş prezidentinin ABŞ gəmilərindən kanaldan keçmək üçün daha yüksək rüsum alınması ilə bağlı ittihamlarını rədd edib. Vazquez Morales aydınlaşdırıb ki, gəmilərin Panama kanalından keçməsinin dəyəri 300 min dollardan 1 milyon dollara qədər dəyişir və bu tariflər milli mənsubiyyətindən asılı olmayaraq bütün gəmilərə şamil edilir.

Xatırladaq ki, Tramp Panama kanalının ABŞ-ın nəzarətinə keçməsi ilə bağlı Panama nümayəndələri ilə danışıqlara başladığını bildirib.

Poliqon.info

Избранный
46
poliqon.info

1Источники