RU

Rusiya təbii qazının tranzitini kəsən Ukraynaya ABŞ-dan dəstək: “Bu, bizim siyasətimizə uyğundur”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sədri Con Kirbi gündəlik mətbuat brifinqində Ukraynanın Rusiya təbii qazının tranzitini dayandırmaq qərarını dəyərləndirib.

Editor.az xəbər verir ki, Kirbi bu addımı Rusiyanın iqtisadi imkanlarına “böyük zərbə” kimi qiymətləndirib.

“Yeni ilin ilk günündə Ukrayna öz ərazisindən keçməklə Avropaya bütün qaz nəqlini dayandırıb. Bu qərar Rusiyanın Ukraynaya qarşı (xüsusi əməliyyatı) maliyyələşdirmək imkanlarını azaldacaq və Moskvanı illik qaz gəlirindən təxminən 6,5 milyard dollar məhrum edəcək”,-deyə o bildirib.

Ukraynanın bu qərarının ABŞ-ın Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün uzun illər davam edən ikitərəfli siyasətinə uyğun olduğuna işarə edən rəsmi, Rusiyanın təbii qazdan dəfələrlə təzyiq vasitəsi kimi istifadə etdiyini iddia edib. Avropanın ABŞ ilə sıx əməkdaşlıq sayəsində enerji resurslarını əhəmiyyətli dərəcədə şaxələndirdiyini müdafiə edən Kirbi deyib: “Bu gün Avropanın LNG idxalının təxminən 50 faizi ABŞ-dan gəlir. Biz bu həcmləri artırmaq üçün Aİ ilə işləməyə davam edirik”.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники