İspaniya La Liqa təmsilçisi "Atletik Bilbao"nun hücumçusu İnaki Vilyams İspaniya Superkubokunun yarımfinal matçının Səudiyyə Ərəbistanında keçirilməsinə narazılığını bildirib.
"Operativ Media" xəbər verir ki, bu haqda hücumçu "Barselona" ilə keçirilən Superkubok oyununun yarımfinal görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Azarkeşlərimizdən və ailələrimizdən yüzlərlə kilometr uzaqda oynamağımız utancvericidir. Səudiyyə Ərəbistanında oynamağın mənası yoxdur, amma indi futbol belədir".
Qeyd edək ki, "King Abdullah Sports City"də keçirilən matçda "Barselona" 2-0 hesabı ilə qalib gələrək finala yüksəlib.