Demokrat.az pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Vaqif Alıyev Bakıda MMC-lərin birinin təsisçisi və direktoru olub. O, 4 nəfər şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq edib.
Belə ki, təqsirləndirilən şəxs həmin şəxslərə rəhbəri olduğu MMC-nin direktoru kimi guya London şəhərində yerləşən şirkətin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onların icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında VİP zonalara biletlərin alınıb-satılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib. Vaqif Alıyev bu yolla 2021-2022-ci illərdə həmin şəxslərdən ümumilikdə 1 623 415 manat pulunu ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
4Источники
-
demokrat.azVətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlı qərar ( 14671297)
-
gundem.azVətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlıQƏRAR ( 14671087)
-
bizim.mediaVətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlı QƏRAR ( 14669973)
-
pravda.azMəhkəmə 1,6 milyonluq dələduzluq edən şəxslə bağlı qərar çıxardı ( 14669615)