RU

Kremldən Rusiyada vurulan Azərbaycan təyyarəsi barədə MÜHÜM AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov kənar müdaxilə nəticəsində qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə açıqlama verib.

Modern.az-ın məlumatına görə, bu barədə o, yerli mətbuatın suallarını cavablandıran zaman danışıb.

Peskov deyib ki, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.

"Rusiya Federasiyası Aktau yaxınlığında təyyarə qəzasının səbəblərinin tamamilə obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır", - o bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Избранный
19
1
modern.az

10Источники