RU

Tver vilayətində dörd uşağı öldürməkdə təqsirləndirilən şəxs xəstəxanada ölüb

Tver vilayətinin Kalininski rayonunda dörd övladını qətlə yetirməkdə təqsirləndirilən şəxs tibb müəssisəsində dünyasını dəyişib.

Bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanları məlumat verib.

“Dörd uşağını öldürməkdə təqsirləndirilən şəxs xəstəxanada dünyasını dəyişib” deyən mənbə, kişinin bir həftədən çox əvvəl dünyasını dəyişdiyini bildirib.

Bundan əvvəl Tver vilayətində şəxsi evdə 4 ölü uşağın tapılmasından sonra qətllə bağlı cinayət işi açılmışdı . Cinayəti törətməkdə şübhəli bilinən şəxsin özünə də xəsarət yetirdiyi bildirilib.

Daha sonra məhkəmə həmin an xəstəxanada olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçib.

DOĞRU.AZ

Избранный
9
dogru.az

1Источники