"Hazırkı dövrün əsas çağırışlarından biri Azərbaycanın yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Cənab İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində vurğuladı ki, biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Ölkəmiz uğurlu siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya, bir tərəfimiz Avropaya uzanır. Bu böyük coğrafiyada Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31