RU

At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI

Daşkəsən rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən 20 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Samir Baxışov (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Daşkəsən Rayon Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.

Məhkəmədə ifadə verən Samir bildirib ki, qonşu kənddə yaşayan 15 yaşlı Ulduzla evlənməyi əvvəldən planlaşdırmayıb: “At almaq üçün Ulduzun yaşadığı kəndə getmişdim. Həmin vaxt onu görüb bəyəndim. Özümlə qaçıraraq Göygöl rayonunda qardaşımın evinə apardım. 5 gün burada qaldıq və hamıdan gizləndik. Həmin vaxt ərzində valideynlərimizin barışıq əldə etməsini və bizim evliliyimizə razılıq verməsini gözlədik. Barışıq olandan sonra Ulduzu öz kəndimizə apardım və hazırda ər-arvad kimi birgə yaşayırıq”.

Избранный
11
30
publika.az

10Источники