“Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Samir Baxışov (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.
Daşkəsən Rayon Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.
Məhkəmədə ifadə verən Samir bildirib ki, qonşu kənddə yaşayan 15 yaşlı Ulduzla evlənməyi əvvəldən planlaşdırmayıb: “At almaq üçün Ulduzun yaşadığı kəndə getmişdim. Həmin vaxt onu görüb bəyəndim. Özümlə qaçıraraq Göygöl rayonunda qardaşımın evinə apardım. 5 gün burada qaldıq və hamıdan gizləndik. Həmin vaxt ərzində valideynlərimizin barışıq əldə etməsini və bizim evliliyimizə razılıq verməsini gözlədik. Barışıq olandan sonra Ulduzu öz kəndimizə apardım və hazırda ər-arvad kimi birgə yaşayırıq”.
Yetkinlik yaşına çatmayan qız da oxşar ifadə verib və Samirdən şikayətinin olmadığını deyib.
10Источники
-
azia.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14692327)
-
poliqon.infoAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14689801)
-
pravda.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14689645)
-
yenisabah.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14689487)
-
demokrat.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14689485)
-
moderator.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14687897)
-
nocomment.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14687785)
-
hit.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı ( 14687607)
-
publika.azAt almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI ( 14687125)
-
azadmedia.azAt almağa getmişdi, 15 yaşlı qızı qaçırdı » AzadMedia.az ( 14686377)