“Qəbələ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1-ci liqada 11-ci turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib.
Komanda qış təlim-məşq toplanışına Qəbələdə başlayıb. 2025-ci ilin ilk məşqi Qəbələ şəhər stadionunda olub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.