Müəllif:Ayşən İmanova/Banco.az
Vyetnamın 2024-cü ildə iqtisadi artımı respublikanın Milli Məclisi (Parlament) tərəfindən müəyyən edilmiş 7%-lik hədəfi keçərək 7,09%-ə çatıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü ilin dördüncü rübündə milli ÜDM illik müqayisədə 7,55% artaraq, Cənub-Şərqi Asiya iqtisadiyyatları arasında ən yüksək göstərici olan 7,09% ümumi illik artım tempinə töhfə verib.