Böyük yanğının baş verdiyi Leninqrad vilayətinin Qatçina şəhərindəki aseton zavodunun işçiləri təhlükə zonasını tərk ediblər.
Herbiand.a Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə regional hüquq, asayiş və təhlükəsizlik komitəsinə istinadən məlumat yayıb.
Daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Leninqrad vilayətinin Qatçina şəhərində sənaye zonasındakı binanın 1,6 min kvadratmetr sahədə yanğın baş verdiyini bildirmişdi. Hazırda yanğının sahəsi 1,9 min kvadratmetrə çatıb.
"Səhər saat 6 radələrində aseton istehsalı zavodunun ərazisində yanğın olması barədə məlumat daxil olub. İlkin məlumata görə, ikimərtəbəli bina yanır, aseton dağılıb. Tələfat və xəsarət alanlar barədə məlumat yoxdur. işçilər yanğın zonasını tərk ediblər”, - məlumatda deyilir.